İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün mayın 5-9-da Nyu-Yorkda olacaq.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri mayın 13-də BMT-nin Vyanadakı ofisində keçiriləcək.