https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Azərbaycanın iki boksçusu dünya birinciliyində yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu dünya birinciliyində yarımfinala yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, ilk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq dünya birinciliyinin medalını özünə təmin edib.

R.Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi. Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib.

91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq mükafatçılar sırasına düşə bilməyib - 1:2.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) gərgin mübarizədə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb. Milli komandamızın üzvü dünya birinciliyinin medalını təmin etməklə yanaşı, yeniyetmələrin II Olimpiya oyunlarına da lisenziya qazanıb.
Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq.
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya)
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.