https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Avropanın ən titullu məşqçiləri

Avropanın ən titullu məşqçiləri

Avropanın ən titullu baş məşqçilərinin adları açıqlanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 12 məşqçinin yer aldığı siyahıya "Mançester Yunayted"in canlı əfsanəsi Ser Aleks Fergüsson başçılıq edir.

1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdıran şotlandiyalı mütəxəssis bu müddət ərzində 49 kuboka sahib çıxıb. Valeri Lobonovski (SSRİ, Ukrayna) 30 kubokla ikinci, Cok Stein (Şotlandiya) isə 26 kubokla üçüncü olub.

Qeyd edək ki, son illərdə qazandığı titullarla diqqət çəkən Joze Mourinyo 20 kubokla 7-ci, Pep Qvardiola isə 17 kubokla 12-ci pillədə qərarlaşıb. 
 
1. Ser Aleks Fergüsson (Şotlandiya) - 49 kubok

2. Valeri Lobonovski (SSRİ, Ukrayna) - 30 kubok  

3.
 Cok Stein (Şotlandiya) - 26 kubok 

4.
 Otmar Hitsfeld (Almaniya) - 26 kubok 

5.
 Covanni Trapatoni (İtaliya) - 22 kubok 

6.
 Uolter Smit (Şotlandiya) - 21 kubok 

7.
 Joze Mourinyo (Portuqaliya) - 20 kubok 

8.
 Bob Peysli (İngiltərə) - 20 kubok 

9.
 Oleq Romantsev (SSRİ, Rusiya) - 19 kubok 

10.
 Lui van Qal (Hollandiya) - 19 kubok  

11.
 Ernst Happel (Avstriya) - 17 kubok 

12.
 Pep Qvardiola (İspaniya) - 17 kubok 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.