Şuşa yaxınlığında, Xankəndi-Laçın yolunda Azərbaycan Ordusunun və Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə partlayıcı atılıb.
525.az-ın xəbərinə görə, Şuşanın girişində avtomobillə hərəkət edən erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb.
O, artıq saxlanılıb.
İnsidentə görə yol bağlansa da, bir müddət sonra açılıb.