Yazıçı, publisisit Sərdar Aminin “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabı ikinci dəfə nəşr olunub.
525.az xəbər verir ki, tarixi faktlardan ibarət toplu Azərbaycan xalqının taleyində iz buraxan tarixi şəxsiyyətlərin yanlışlarını hədəfə alıb. "Azərbaycan tarixində atılmış 5 yanlış addım" adlı kitabda Xürrəmilər, Səfəvilər, Xanlıqlar, SSRİ və müstəqillik dönəmində atılmış bir neçə yanlışdan bəhs olunur.
Qeyd edək ki, kitabın ilk nəşri ötən il işıq üzü görüb.