
Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Əhəd oğlu Sadıqov kollektivə təqdim olunub.
Nazirlər Kabinetindən 525.az-a verilən məlumata görə, yeni sədri kollektivə Baş nazirin müavini Şahin Mustafayev təqdim edib.



