ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə telefonla danışıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat katibi Devid Batler məlumat verib.
“Tərəflər Şərqi Avropada təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar. Ukrayna NATO-nun vacib tərəfdaşı olaraq Avropada və dünyada sülhün təmin edilməsində vacib rol oynayır” deyə Batler bildirib.