|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb.
525.az APA-ya istinadən xəbər verir ki, fərmanda hökumətin tərtib edəcəyi məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb.
Rusiya Prezidenti hökümətə iki gün ərzində ölkə xaricinə çıxarılması qadağan olunan məhsul və xammaların siyahısını hazırlamağı tapşırıb.



