|
|
|
|

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
"Kansler Olaf Şoltsla sülh danışıqlarının gedişatını müzakirə etdik. Ukrayna üçün müdafiə dəstəyinin artırılmasının və Rusiyaya sanksiya təzyiqinin vacibliyini vurğuladım. Aİ liderlərinin qeyri-formal sammiti ərəfəsində Ukraynanın Aİ-yə üzvlük məsələsini qaldırdım", o bildirib.



