|
|
|
|

Təbii ki, bu (Türkiyə-Ukrayna-Rusiya üçtərəfli görüşü) müharibə şəraitində keçdi. Amma gərginlik olmadı, son derece medeni bir görüş oldu.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu üçtərəfli görüşün yekunu ilə bağlı deyib.
O əlavə edib ki, ilk dəfə nazirlər səviyyəsində keçirilən görüşdən tam arzu olunan razılığa gəlmək çətin olsa da, Türkiyə bu görüşün davamının olmasını istəyir.
“Əgər tərəflər də bunu istəsə, biz də bunu istəyirik. Növbəti görüşün keçirilməsinə dair qərarın verilməsi isə Belarusda olacaq heyətlər görüşündən sonra razılaşdırılacaq”.



