|
|
|
|

Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkitə Ermənistan münasibətlərini müzakirə edib.
Liderlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib.



