|
|
|
|

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsveçin xarici işlər naziri Ann Lindeyə Novruz bayramı təbrikinə görə təşəkkür edib.
525.az XİN bu barədə tviter hesabında paylaşım edib.
“Təşəkkür edirik əziz Ann Linde”, - Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl İsveçin xarici işlər naziri Ann Linde özünün tviter hesabında Novruz bayramı münasibətilə 4 dildə paylaşım edib. Xarici işlər nazirinin paylaşımlarından biri Azərbaycan dilində olub. İsveçin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında “Novruz bayramınız mübarək”, - yazıb.



