|
|
|
|

Ukrayna tərəfdaşları ilə birlikdə Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) çıxarılması üzərində çalışır.
525.az “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna energetika nazirinin müşaviri Yelena Zerkal bildirib.
Y. Zerkal deyib ki, ən azı rusların AEBA-da rolunu azaltmağa, bütün rusları AEBA Katibliyindəki əsas vəzifələrdən uzaqlaşdırmağa çalışacaqlar.



