|
|
|
|

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək.
525.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya "Facebook" səhifəsində yazıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raundunun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.



