|
|
|
|

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ilkin nəticələri bəlli olub. Şarl Mişel 4 saatdan artıq davam edən üçtərəfli görüşün nəticələri barədə bəyanat verib. Bəyanat görüşün hansı ovqatda keçdiyi və hansı nəticələrin əldə edildiyi barədə ilkin təəssürat formalaşdırır.
Bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başladılsın. Artıq hər iki ölkənin Xarici İşlər Nazirliklərinə bununla bağlı təlimat da verilir. Bu Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və danışıqların həmin 5 maddəlik prinsiplər üzərində aparılmasının isbatıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Bəyanatda Azərbaycanın təkliflər paketində əks olunmuş digər tələblərə də yer verilib. Belə ki, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.
- Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək görməsi təsdiq olunur.
- Nəqliyyat kommunikasiya xətləri də təsdiq olunur, dəmir yolunun çəkilməsi və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.
- Sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan MQ həmsədrlik institutina istinad yoxdur.
- Aİ-nin dəstəyi ilə Erm və Azə arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Aze-Erm münasibətlərinin normallaşdırılmasıdır.
- Aİ qərəzsiz tərəfdir. Hər iki tərəfin Aİ etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.
Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri



