Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru nümayəndə heyəti ilə Zaporojye Atom Elektrik Stansiyasına səfərindən sonra mətbuata açıqlamalar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin stansiyada iştirakının davam edəcəyini bildirən Qrossi, “BAEA-dən iki texniki ekspert qrupu var. Bir qrup sentyabrın 4-ü və ya 5-nə kimi stansiyada qalacaq və qiymətləndirmələrə davam edəcək",- deyib. Atom elektrik stansiyasında təhlükəsizliyin müharibənin hansı tərəfində olmasından asılı olmayaraq təmin edilməsi lazım olduğunu vurğulayan Qrossi: stansiyanın fiziki bütövlüyünün də bir neçə dəfə pozulduğunu qeyd edib. Onun sözlərinə görə, pozuntular təsadüfən və ya qəsdən baş vermiş ola bilər. Bu, belə davam edə bilməz.
O, həmçinin adı çəkilən pozuntuların təkrarlanmaması üçün müxtəlif mexanizmləri işə salmağa çalışdıqlarını bildirib.
Məhəmməd Tağıyev