|
|
|
|
Oktyabrın 11-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
DİM-in mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, iclasda respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 10-cu sinif dərsliyinin 5 bölməsi təhlil olunub.
2023-cü ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında dərslikdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliyin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə ediblər.
Növbəti iclaslarda müzakirələr davam edəcək.
Sevinc Qarayeva