Malayziyanın Perak əyalətindəki Qua Tempurung mağarasında daşqın səbəbindən təxminən 2 saat qapalı qalan 30 nəfərlik çəkiliş qrupu xilas edilib.
525.az xəbər verir ki, Malayziya Yanğın və Xilasetmə İdarəsinin rəsmisi bildirib ki, bu gün güclü yağış səbiylə əsas giriş bağlandıqdan sonra qrup mağarada sıxışıb.
Hadisə ilə bağlı yerli vaxtla 16:04-də təcili yardım çağırışının alındığını bildirən qurum rəsmisi, axtarış-xilasetmə işləri üçün mağaraya xilasedicilərin göndərildiyini qeyd edib.
Yanğınsöndürmə idarəsinin rəsmisi: "30 nəfərlik komandanın hamısı saat 17:45 radələrində mağaradan sağ-salamat xilas edilib və heç bir can itkisi olmayıb", - deyib. Komandanın mağarada Honq-Konq istehsalı bir film çəkdiyi öyrənilib.
Qeyd edək ki, Gua Tempurung mağarası Malayziya yarımadasındakı ən uzun və ən böyük əhəngdaşı mağaralarından biri kimi tanınır.
Malik Atilay