|
|
|
|

Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda 86,7 faiz səs toplayan Natasa Pirc Musar ölkənin ilk qadın prezidenti olub.
525.az xəbər verir ki, oktyabrın 23-də Sloveniyada keçirilən prezident seçkilərində 7 namizəddən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün seçki ikinci tura buraxılıb.
Seçkinin ikinci turunda səsvermə prosesi başa çatdıqdan sonra səslərin 86,7 faizi hesablanıb.
Qeyri-rəsmi nəticələrə görə, Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəklədiyi Natasa Pirc Musar 53,83 faiz səslə qalib gəlib. Musar ölkənin ilk qadın prezidentidir.
Malik Atilay



