|
|
|
|

İngiltərə Malidəki siyasi qeyri-sabitliyi əsas gətirərək qoşunlarını bu ölkədən planlaşdırılandan daha tez çıxaracağını açıqlayıb.
525.az xəbər verir ki, İngiltərənin Müdafiə üzrə Dövlət katibi Ceyms Heappey parlamentdə millət vəkillərinə verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Missiyası çərçivəsində Maliyə göndərdikləri təxminən 300 ingilis əsgərini geri çəkəcəklərini açıqlayıb.
James Heappey deyib ki, üç il ərzində Malidə baş verən iki çevriliş sülhü inkişaf etdirmək üçün beynəlxalq səyləri zəiflədib.
Mali hökumətinin Rusiya təhlükəsizlik firması "Vaqner Qrup" ilə işlədiyini iddia edən Heappey: "Həmin qrup kütləvi insan haqları pozuntuları ilə məşğuldur və Mali hökumətinin "Vaqner Qrupu" ilə ortaqlığı bölgələrində qalıcı sabitlik və təhlükəsizliyə zərbə vurur", - açıqlamasında bildirib.
Malidəki əməliyyatı “dünyanın ən təhlükəli sülhməramlı missiyası” olaraq xarakterizə edən Heappey, 2013-cü ildən bəri burada 288 BMT əsgərinin həyatını itirdiyini qeyd edib.
Malik Atilay



