|
|
|
|

İsveç xarici işlər naziri Tobias Billström İstanbulda törədilən terror aktını pisləyib və İsveç, Türkiyə və Finlandiya arasında NATO razılaşmasının şərtlərini yerinə yetirməli olduqlarını bildirib.
525.az xəbər verir ki, Billström, Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər Nazirləri toplantısına qatılmaq üçün getdiyi Belçikanın paytaxtı Brüsseldə açıqlamalar verib. Billström Taksimdəki terror aktını pisləyərək: "Biz bu cür terror aktlarına məruz qalmış ölkələr və xalqlarla çiyin-çiyinəyik. Bu hadisənin Türkiyə və İsveç arasında danışıqlara təsir edəcəyini düşünmürəm. Türkiyə rəsmilərinin araşdırmalarını bitirməsini gözləyirik. Bütün ölkələrlə əməkdaşlığa hazırıq, çünki bu, terrordur. Bundan əlavə, iyunun 28-də NATO-nun Madrid sammitində Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Üçlü Memorandumun şərtləri yerinə yetiriləcək", - deyib.
Məhəmməd Tağıyev



