|
|
|
|

Estoniyanın Baş naziri Kaja Kallas Polşaya düşən raketin Rusiyanın təcavüzünün ciddiliyini göstərdiyini bildirib: “Aydın olan odur ki, Polşanın qonşusu Ukraynaya qarşı hərtərəfli müharibə olmasaydı, bu hadisə heç vaxt baş verməzdi. Rusiya, bu döyüşün tək günahkarıdır", - Baş nazir deyib.
525.az xəbər verir ki, Kallas "Twitter" hesabından verdiyi açıqlamada Polşada baş verənlərin çox ciddi bir hadisə olduğunu qeyd edib: "Biz polşalı dostlarımıza kömək etməyə və onlarla tam həmrəy olmağa hazırıq. Bu hadisə onu nümayiş etdirir ki, Rusiya təcavüzünün şiddəti və nəticələri Ukraynanı da üstələyir. Ukraynadan sonra Polşanı hədəfə almaq... Müharibənin yeganə günahkarı Rusiyadır”, - Kallas deyib
Rusiyanın dayandırılmadığı müddətcə heç vaxt geri addım atmayacaqlarını vurğulayan Kallas: "Bu, nə qədər uzanırsa, bir o qədər çətinləşir. Biz Ukraynaya daha çox hərbi, humanitar və maliyyə sahədə dəstək verməyə davam etməliyik. Bu, sülhə gedən yoldur", - deyib
Malik Atilay



