|
|
|
|

“Azərbaycan-İsrail münasibətləri çox yüksələn dinamika üzrə inkişaf etməkdədir. Artıq ən yüksəsk səviyyəli münasibətlər formalaşıb. İstər dövlətlər, istərsə də xalqlar arasında Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədə quurlmuşdur. Eyni zamanda Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı artıq Milli Məclisdə bu qanun layihəsi təsdiq edildi. Əlbəttə ki, bu çox əlamətdar bir hadisədir. Bu, eyni zamanda Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etməsinə xidmət edəcəkdir“.
525.az-ın məlumatına görə, bunu millət vəkili Cavid Osmanov deyib. O qeyd edib ki, Azərbaycanda İsrail səfirliyinin təsis edilməsi bir daha Azərbaycan-İsrail münasibətlərini daha da yaxınlaşdıracaq və bu əlaqələri daha da möhkəmləndirəcək, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək:
"Bu, əlbəttə ki, regionda təhlükəsizlik baxımından çox vacib bir amildir. Azərbaycan-İsrail münasibətlərinin daha da yüksək səviyyəyə gəlməsi hər iki ölkə tərəfindən arzulanan bir məsələdir“.
Sevinc Qarayeva



