|
|
|
|

Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
525.az xəbər verir ki, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi görüşdə nazir Akar Suriya məsələsinə toxunub.
Hulusi Akar bölgədə sabitliyi pozmağa yönəlmiş artan təzyiq və hücumlara, Türkiyənin mülki yaşayış məntəqələrini və vətəndaşlarını hədəf alan hərəkətlərə qarşı lazımi cavab verildiyini və bundan sonra da veriləcəyini bildirib.
Terror təhlükəsi daimi qarşısının alınmasının və terror təşkilatlarının zərərsizləşdirilməsinin onların əsas prioriteti olduğunu bir daha vurğulayan Akar bu məsələ ilə bağlı əvvəllər əldə edilmiş razılaşmalara əməl olunmasının böyük əhəmiyyətə sahib olduğunu da qeyd edib.
Hulusi Akar taxıl dəhlizi məsələsinə də toxunub. O, qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsində töhfə və əməkdaşlıqdan məmnunluq duyduğunu deyib.
Fərid Sançar



