|
|
|
|

Serbiya və Kosovo avtomobil nömrələri ilə bağlı böhranla davam edən gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər.
525.az xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial mediada iki ölkə arasında razılaşmanı açıqlayıb.
Borrell elan edib ki, Kosovo və Serbiyanın baş müzakirəçiləri Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlar nəticəsində “gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi üzərində cəmləşmək” barədə razılığa gəliblər.
Josep Borrellin sözlərinə görə, Serbiya Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının verilməsini, Kosovo isə avtomobillərə lisenziya verilməsini dayandıracaq.
Kosovo hökuməti cümə axşamından etibarən Serbiya tərəfindən verilmiş nömrələrdən istifadə edən sürücüləri cərimələməyi planlaşdırıb.
Qeyd edək ki, belə lövhələrdən istifadə edənlərin sayının 10 min civarında olduğu təxmin edilir. Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.
Malik Atilay



