|
|
|
|
Macarıstanın Baş naziri Viktor Orban, İsveç və Finlandiyanın NATO üzvlüyü üçün lazımi parlament təsdiqinin 2023-cü ildə keçiriləcək ilk sessiyada alınacağını açıqlayıb.
525.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Orban, Macarıstanın hər iki ölkənin NATO üzvlüyünü dəstəklədiyini bildirərək: "Macarıstan Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında nəzərdən keçirəcək", - deyib. Macarıstan parlamentinin 2023-cü ildə ilk sessiyasının fevral ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Macarıstan hökumət rəsmiləri, əvvəlki açıqlamalarında, İsveç və Finlandiyanın NATO üzvlüyü üçün tələb olunan parlament təsdiqinin 2022-ci ildə alınacağını bildirmişdilər.
Məhəmməd Tağıyev