Kreml Rusiya-Ukrayna müharibəsində son vəziyyət haqqında məlumat yayıb və ABŞ Prezidenti Baydenin Putinlə görüş çağırışına cavab verib.
525.az xəbər verir ki, Kremlin sözçüsü Dimitri Peskov görüşlə bağlı çıxışında: "ABŞ Rusiyanın yeni ərazilərini tanımır. Bu, danışıqlar üçün qarşılıqlı zəmin axtarışını çətinləşdirir. Bununla belə, Putin məqsədlərimizə çatmaq üçün bütün tərəflərlə danışıqlara açıqdır. Diplomatik üsullar məqsədlərimizə çatmağımız üçün ən yaxşı yoldur”, – deyə Peskov bildirib.
Rusiyanın Ukraynanı tərk etməyə hazır olub-olmaması ilə bağlı suala isə Dmitri Peskov cavab verə bilməyib. O, sadəcə: “Ukraynada xüsusi hərbi əməliyyatlar davam edir”, - deyib.
ABŞ Prezidenti Co Bayden isə Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoyacağı təqdirdə onunla danışmağa hazır olduğunu bildirib.
Bayden bunu prezidentliyi dövründə ilk “dövlət səfərini” ABŞ-a etmiş Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Fərid Sançar