
Vaşinqtonun Kiyevə ayırdığı hərbi və maliyyə yardımı səbəbindən Ukraynada vəziyyət pisləşə bilər.
525.az xəbər verir ki, bu proqnozu Çinin “Global Times” nəşrinin jurnalistləri verib.
“Vaşinqton bu işə qarışmağa davam etdikcə münaqişə daha da kəskinləşə bilər. Amerika siyasətçilərinin nəzərində Ukraynanı dəstəkləmək ABŞ-ın hökmran olduğu dünya nizamını qorumaqla sinonimdir", - deyə onlar qeyd edib.
Məqalə müəllifləri bildiriblər ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri Kiyevin qarşıdurmanı davam etdirməyə hazır olduğuna açıq siqnaldır. Münaqişə tərəfləri bir çox məsələlərdə razılaşmırlar və tələblər razılaşdırıla bilməyəcək qədər fərqlidir deyə proqnozda deyilir.
Qeyd edək ki, dekabrın 21-də Zelenski Vaşinqtona gedib və orada ABŞ Prezidenti Co Baydenlə görüşüb. Amerikalı lider bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi dəstəyi, o cümlədən hava hücumundan müdafiə sistemlərinin (havadan müdafiə) təchizatını artırmağa davam edəcək.
Havar Şəfiyeva



