
Kremlin sözçüsü Dmitriy Peskov Priştinada Rusiyanın Balkanlarda xaos yaratmaq üçün gərginliyi artırdığına dair ittihamları rədd edərək: “Biz Belqradı görülən tədbirlərlə bağlı dəstəkləyirik”, - deyib.
525.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kosovo-Serbiya gərginliyi ilə bağlı yeni açıqlamalar verib.
Peskov Rusiyanın Balkanlarda xaos yaratmaq üçün gərginliyi artırdığına dair ittihamları rədd edib. O, Kosovo məsələsində Serbiyanı dəstəklədiklərini bildirib: "Serbiya suveren ölkədir və burada Rusiyanın dağıdıcı təsirini axtarmaq tamamilə yanlışdır. Serbiya ağır şəraitdə yaşayan serblərin hüquqlarını qoruyur və bu hüquqlar pozulduqda təbii ki, sərt reaksiya verir. Serbiya ilə çox yaxın müttəfiqlik münasibətləri, tarixi və mənəvi əlaqələri olan Rusiya olaraq baş verənləri, serblərin hüquqlarına necə hörmət edildiyini çox diqqətlə izləyir və təbii ki, görülən tədbirlərdə Belqradı dəstəkləyirik”, - Peskov vurğulayıb.
Qeyd edək ki, noyabr ayında vəzifəsindən istefa verən keçmiş serb polisi Dejan Pantiçin saxlanılması səbəbiylə iki həftə əvvəl Kosovo serbləri Jarinje və Bernjak sərhəd keçidlərində qurduqları barrikadalarda keşik çəkməyə başlayıblar. Kosovo serbləri saxlanılan serblərin azad edilməsini və Kosovo Xüsusi Polis Bölməsinin ölkənin şimalından çıxarılmasını tələb edirlər.
Fərid Sançar



