
İtaliyanın Baş naziri Giorgia Meloni Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın paytaxtı Kiyevə gedəcəyini bəyan edib.
525.az xəbər verir ki, ölkədə sentyabrın 25-də keçirilən ümumi seçkilərdən sonra oktyabrın 22-də vəzifəsinin icrasına başlayan Baş nazir Giorgia Meloni ilk dəfə ilin yekunu üzrə mətbuat konfransı keçirib. O Rusiya-Ukrayna müharibəsinin ildönümünü - fevralın 24-dən əvvəl Kiyevə gedəcəyini açıqlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı telefon danışığına toxunan Meloni, Kiyevə gedəcəyini Prezidentə dediyini bildirib.
Məhəmməd Tağıyev



