
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın Ukraynaya hücumlarını “bəşəriyyətə hücum” adlandırıb.
525.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Portuqaliyanın paytaxtı Lissabonda verdiyi açıqlamada Rusiyanın Ukraynaya qarşı son hücumlarını kəskin şəkildə pisləyib və avropalı tərəfdaşlarını Ukraynaya dəstəyi dayandırmamağa çağırıb.
Rusiyanın Ukraynanın infrastrukturuna hava hücumlarının ukraynalıları dolanışığından məhrum etməkdən başqa bir məqsədi olmadığını vurğulayan Baerbok: "Rusiyanın hücumları insanlığa qarşı hücumdur", - deyib.
Malik Atilay



