
Almaniya Xarici Əlaqələr Şurasının tədqiqat direktoru Kristian Mellinq yazdığı məqalədə Donbass və Krım ərazilərinin Kiyev tərəfindən geri qaytarılması ehtimalını qiymətləndirib.
525.az xəbər verir ki, politoloq Ukrayna komandanlığının qarşısına qoyulan vəzifənin qeyri-real olduğu qənaətindədir.
“2014-cü ildən Rusiyanın nəzarətində olan Donbass artıq Ukrayna üçün daha böyük problem olacaq. Rusiya Federasiyasına faktiki inteqrasiya olunmuş və 2014-cü ildən intensiv şəkildə hərbiləşdirilmiş Krımın azad edilməsi çətin ki, real görünmür”, - politoloq Mellinq bildirib.
Qeyd edək ki, bundan əvvəl köşə yazarı Conatan Tobin də Ukrayna lideri Vladimir Zelenskinin Krım və Donbas ərazilərini qaytarmaq məqsədinin real olmadığını demişdi.
Havar Şəfiyeva



