Bakıda Slovakiya qrafikalarından ibarət sərgi açılıb. Slovakiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən sərgi Azərbaycanla Slovakiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunub.
525.az xəbər verir ki, sərginin açılışında çıxış edən Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak qonaqları salamlayaraq sərgi haqqında məlumat verib. Səfir bildirib ki, diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bir sıra digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
“Biennali Bratislava illüstrasiyaları” sərgisində slovak illüstratorların əsərləri nümayiş olunur. Əsərlər 60-dan çox Qran Pri qaliblərinə məxsusdur.
Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pərvanə