|
|
|
|

Ulu öndər Heydər Əliyev 100 illik yubileyi münasibətilə "Əsərindir Azərbaycan" mahnısı ərsəyə gəlib.
525.az xəbər verir ki, Sevinc Tofiqqızının bəstələdiyi musiqi əsərinin sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü İradə Əlilliyə, aranjimanı Fərahim Sadiqə məxsusdur.
Mahnını Azərbaycan Milli Konservatoriyasının tələbəsi Elnarə Quliyeva ifa edib. Layihənin reallaşmasının təşəbbüskarı da gənc ifaçı, xalq artisti Mənsum İbrahimovun tələbəsi E.Quliyeva olub.
"Əsərindir Azərbaycan" bu günlərdə “Dünya” televiziyasında təqdim olunub. Ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi əsəri böyük maraqla qarşılanıb.




