|
|
|
|
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən "Ocaq" ədəbi birliyinin növbəti tədbiri baş tutub. "Duyğulu könüllər" adlı tədbir həmin regionda yaşayan, yazıb-yaradan şairlərin yaradıcılığına həsr olunub.
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təmsilçiləri, ictimaiyyət nümayəndələri, oxucular iştirak ediblər.
Tədbirin təşkilatçısı, B.Səfəroğlu adına Xalq Teatrının rejissoru, Şəhər Yaradıcılıq evinin direktoru, Əməkdar Mədəniyyət işçisi Zöhrə Adıgözəlova çıxışında şairlər Minarə İskəndər, Araz Süleymanov, İldırım Qəhrəmanov və Almaz Rüstəmova haqqında məlumat verib, onların ədəbi fəaliyyətlərindən danışıb.
Çıxışçılar ədəbiyyatın, poeziyanın önəmindən, gənc nəslin tərbiyəsindəki vacib rolundan danışıb, tədbirdə iştirak edən şairlərə uğurlar arzu ediblər.
Xan Quliyev, Fəridə Həsənova, Kəmalə Qurbanova, Elnurə Babayevanın şeir qiraətləri, Rəşad Hüseynov, Əjdər İbrahimov və Sabir Hüseynovun muğam ifaları gecəyə rəng qatıb.
MEHRİ