|
|
|
|
İtaliya səfirliyinin ticari əlaqələr üzrə şöbəsi olan İtaliya Ticarət Agentliyi 2023- 2024-cü illər üçün gələn həftə Azərbaycanda bir sıra aksiyalar keçirəcək.
Bu barədə 525.az-a İtaliya səfirliyindən məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər İtalyan Qida və İçki sektorunun Xüsusi Təşviq Planı çərçivəsində baş tutacaq.
“Sentyabrın 19-u çərşənbə axşamı, ixtisaslaşmış Sommelier və İtaliya şərablarının səfiri hesab edilən Artem Lebedev, Ho.Re.Ca sektorunun peşəkarları üçün “necə Sommelier olmaq olar” mövzusunda təhsil təliminə başlayacaq. Azərbaycan CÀSÀ Kulinariya İncəsənət Mərkəzi ilə birgə təşkil edilən təlim 3 gün davam edəcək və şərab sektorunda bilik, anlayış, xidmətlərin təkmilləşdirilməsi məqsədi daşıyır. Sentyabrın 19, 20 və 21-i Sommelier seçilmiş istehlakçı auditoriyasına adalar (Sardinia və Siciliya) ilə əlaqədar olan yeməklərin və şərabların düzgün uyğunlaşdırılmasını izah edəcək və seçilmiş İtalyan şərablarını nümayiş etdirməklə yanaşı bu adaların şərablarında Şərab Dequstasiyası keçirəcək. Axşam saatlarında təşkil olunan dequstasiyalar Luxury Wine Boutique (19 sentyabr), SCALINI Ristorante Italiano (20 sentyabr) və JW Marriott Absheron-Oro Nero Restoranı (21 sentyabr) ilə birgə təşkil olunur. Ertəsi gün, sentyabrın 22-də, Four Seasons hotelində Siciliyadan olan hörmətli DonnaFugata şərab zavodu ilə "Sicilia da bere" adlı şam yeməyi baş tutacaq. Bu tədbir Ticarət Agentliyinin himayəsi ilə tanınmış italyan dondurma istehsalçısı Sammontananın iştirakı, BIBIT MMC və Gelateca-nın yerli idxalçıları və distribyutorlarının əməkdaşlığı ilə təşkil olunacaq”, - məlumatda vurğulanıb.
Pərvanə