https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

Daha bir dişləyən futbolçu peyda oldu

Daha bir dişləyən futbolçu peyda oldu
İtaliyanın “Avellino” klubunun hücumçusu Canmario Komi “Bari”nin futbolçusu Cüzeppe de Lukunu dişləyib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hadisə İtaliya kubokunun matçında  baş verib.

De Luku ikinci hissənin əvvəlindən başlayaraq, dəfələrlə matçın hakiminə Kominin onu dişlədiyini bildirib və rəqibin cəzalandırılmamasına etiraz edib. Lakin hakim buna əhəmiyyət verməyib və ona tez-tez etiraz bildirdiyi üçün de Lukunun özünə qırmızı vərəqə göstərib. Bundan 5 dəqiqə sonra Komi hesabı bərabərləşdirib, 83-cü dəqiqədə isə Pozzebon “Avellino”nun səfər matçındakı qələbə qolunu vurub – 2:1.

Matçdan sonra “Bari”nin rəsmi saytı de Lukunun qolunun dişlənildiyini təsdiq edən şəkili yayıb. “Biz bu məsələni şişirtmək istəməzdik. Amma “Bari” digər klublar kimi, özünü hörmət edilməsini istəyir” – deyə klubun yaydığı açıqlamada bildirilib.
 
Xatıradaq ki, bənzər hadisəyə - rəqibin çiynini dişlədiyiən görə, FİFA bir müddət əvvəl Uruqvay millisinin hücumçusu Luis Suaresi dörd ay müddətinə futboldan uzaqlaşdırıb.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.