|
|
|
|

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Simmerinq" (Avstriya) klubunun U-16 komandası ilə qarşılaşan yığmamız 7:0 hesabı ilə qələbə qazanıb.
Nadir Qasımovun het-trik etdiyi oyunda Elvin İmanlı və Samir Əliyev hərəyə iki dəfə fərqləniblər.



