|
|
|
|
Ötən əsrin ortalarından başlayaraq ortaboylu, qaraşın bir gənc Amerika səhnələrində görünməyə başladı. Ciddi mimikaları, özünəxas jestləri və aktyorluğu ona qısa zamanda Hollivuddakı bütün qapıları açacaqdı.
Bu gün isə biz o gəncin yaradıcılığının zirvəsinə çatdığı 7 filmi sizə təqdim edəcəyik.
1. The Godfather (1972) - Mario Puzonun romanına əsasən çəkilən filmdə, baş rol olan Michael Corleoneni canlandıran Al Pacino " Ən yaxşı ikinci aktyor" nominasiyasında Oskar mükafatına layiq görülüb.
2. Scarface (1983) - Brian De Palma tərəfindən çəkilmiş bu filmdə, Tony Montana adlı bir kubalı gangsteri canlandıran Al Pacinonun unutulmaz performansının ən pik həddinə çatdığını görə bilərik.
3. Serpico (1973) - Al Pacino, bu filmdə Nyu-York polis məmuru Frank Serpiconu canlandırıb, bu filmdə aktyor bir çox mükafata layiq görülüb.
4. Dog Day Afternoon (1975) - Sidney Lumet tərəfindən lentə alınmış filmdə, Al Pacinonun canlandırdığı soyğunçu rolu ilə uzun müddət yaddaşlarda qalıb.
5. Heat (1995) - Robert De Niro ilə birgə baş rollarını bölüşdüyü filmdə, bir soyğunçunun və dedektivin mübarizəsində ustaca öz rolunu ifa edir.
6. The Devil's Advocate (1997) - Keanu Reeves ilə birgə oynadığı bu filmdə Al Pacinonun canlandırdığı "şeytan" personajı dərsliklərə salına biləcək bir səviyyəyə çatmışdır.
7. Carlito's Way (1993) - Yenə Brian De Palma tərəfindən çəkilmiş bu filmdə, Al Pacino həbsdən çıxan Carlito Brigante rolunu canlandırır.
Malik Atilay