https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

Ronaldo: "Messi ilə düşmənçiliyim yoxdur"

Ronaldo: "Messi ilə düşmənçiliyim yoxdur"

"Messi ilə heç bir düşmənçiliyim yoxdur. Bu rəqabət mətbuat tərəfindən yaradılır. Ona qarşı meydana çıxdıqda normal, peşəkar münasibətimiz olur".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "İnside Spanish Football"a açıqlamasında deyib.

Portuqaliyalı futbolçu "kim ən yaxşıdır?" sualını belə cavablandırıb:

"Hər kəsi sevə bilməzsən. Bu, normaldır. Bütün fikirlərə hörmətlə yanaşıram. Həyatım başqalarının mənim haqda nə düşündüklərindən asılı deyil. Kim ən yaxşıdır? Hər birimiz öz işimizi görür, klub və yığmamız üçün əlimizdən gələni edirik. Hər ikimiz ən yaxşı olmaq istəyirik. Öz peşəmdə ən yaxşı olduğumu düşünürəm və bunun üçün çox çalışıram. Bu, belə olmasa da, mən hər zaman öz fikrimdə qalacam".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.