|
|
|
|

"Neftçi" klubu bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Partizan”la keçirəcəkləri oyun öncəsi azarkeşlərə müraciət edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" azarkeşlərdən baş verə biləcək hər hansı təxribata uymamağı xahiş edib.
Xatırladırıq ki, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında (0:0) qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və klubun birgə əməyi və səyi nəticəsində alınıb.
UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan (3:2) sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandanı sona qədər dəstəkləsinlər.



