https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

“Neftçi” və “Qarabağ” yenə gerilədi – UEFA reytinqi

“Neftçi” və “Qarabağ” yenə gerilədi – UEFA reytinqi

UEFA bu gün klubların növbəti - həftəlik reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qitənin ali futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının bu axşam keçiriləcək oyunları ərəfəsində açıqlanan reytinqə əvvəlkitək Çempionlar Liqasının son qalibi Madrid “Real”ı başçılıq edir.  “Barselona” ikinci, “Bavariya” isə üçüncü pillədədir.

Avroliqanın pley-off mərhələsində mübarizə aparan “Neftçi” və “Qarabağ” ötən həftə tutduqları mövqelərini əldə verərək geriləyiblər. Bakı təmsilçisi hazırda 193 (-2), Ağdam klubu isə 221-ci (-1) pilləni tutur.

454 komandanın yer aldığı siyahıdakı digər beş təmsilçimizdən üçü də mövqelərini itiriblər. Hazırda “İnter” 267 (-1), “Xəzər Lənkəran” 301 (-1), “Bakı” isə 346-cü (-1) pillədə qərarlaşıb. Reyntinqdə “qonşu” olan “Qəbələ” (373-cü yer) və AZAL-ın (374-cü yer) mövqelərində isə dəyişiklik olmayıb.

Ölkələrin siyahısında isə Azərbaycan əvvəlkitək 30-cu yeri tutur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.