|
|
|
|

Rusiyanın Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
525.az-ın məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Mişustin Əli Əsədovu doğum günü münasibətilə təbrik edib.
“Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığını da müzakirə ediblər", - məlumatda qeyd edilib.
Söhbət zamanı tərəflər MDB məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsindən də danışıblar.



