https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

"Məni ancaq qələbə qane edəcək"

"Məni ancaq qələbə qane edəcək"
"Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək".

525.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Moskvada mətbuat konfransında deyib.

O, qeyd edib: "Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, seçmə oyun öncəsi bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Şadıq ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidir. İki federasiya arasında belə razılıq əldə olunub".

B.Foqts vurğulayıb ki, bu oyun Rusiya yığması üçün də ciddi sınaqdır: "Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir".

Baş məşqçi bildirib ki, Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil: "Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam. Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb qələbə qazanmağa çalışacağıq".
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.