https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

Millimiz darmadağın oldu

Millimiz darmadağın oldu

Bu gün futbol üzrə əsas  milli komandamız növbəti yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası  Rusiya yığması ilə qüvvəsini sınayıb.

“Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıqq xarakteri daşıyan görüşdə millimizin yaxşı nəticə qazanması vacib idi. Ancaq millimiz bu matçda rəqibinə 0:4 hesabı ilə uduzub.

Xatırladaq ki, komandamız indiyədək Rusiya millisi ilə yoxlama oyunu keçirməsə də, rəsmi oyunlarda bir neçə dəfə qarşılaşıb. Yığmamız Fabio Kopellonun komandası ilə son dəfə ötən il oktyabrın 15-də “DÇ-2014”ün seçmə mərəhləsində Bakıda üz-üzə  gəlib. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

3 sentyabr

Yoxlama oyunu

20:00. Rusiya – Azərbaycan - 4:0

Qollar: Aleksandr Kerjakov, 6 (1:0), 11 (2:0), Sergey İqnaşeviç, 41 (3:0), Vladimir Granat, 78 (4:0)
Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov ( Özbəkistan)
Moskva. “Ximki Arena” stadionu

Rusiya: 1. İqor Akinfeyev, 22. İqor Smolnikov, 23. Dmitri Kombarov, 14. Vasili Berezutski, 4. Sergey İqnaşeviç, 8. Denis Qluşakov, 10. Alan Zaqoyev, 17. Oleq Şatov, 18. Denis Çerışev, 15. Dmitri Poloz, 11. Aleksandr Kerjakov

Azərbaycan: 1. Kamran Ağayev: 2. Bədavi Hüseynov, 3. Rasim Ramaldanov, 9. Cihan Özkara, 10. Rüfət Dadaşov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 21. Ruslan Əmircanov, 25. İlkin Qırtımov

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.