https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

Dünya futbol tarixində ən ağır cəza

Dünya futbol tarixində ən ağır cəza
Dünya futbol tarixində görünməmiş hadisə baş verib.
 

525.az-ın Apasport.az saytına istinadən verdiyi görə, avstriyalı futbolçu ən böyük cəzaya məruz qalıb.
 
Belə ki, sözügedən ölkə çempionatının beşinci divizionunda keçirilən “SK Rum” - Qərbi İnsbruk” (2:3)  klubları arasında görüşdə birincilərin futbolçusu İsmayıl Gündüz hakimə başla zərbə endirdiyi üçün dünya futbol tarixində ən böyük cəza ilə üzləşib. O, 70 oyunluq diskvalifikasiya olunub.
 
“SK Rum”un yarımmüdafiəçisi görüşün 86-cı dəqiqəsində ikinci sarı vərəqə alan zaman qarşılaşmanın referisinə kəllə vurub. Bu isə İsmayıla baha başa gəlib. Avstriya Futbol Federasiyası onu 70 oyunluq yaşıl meydanlardan kənarlaşdırırb.
 
Qeyd edək ki, reqlamentə əsasən maksimal diskvalifikasiya 108 oyundur. Bu vaxta qədər bir dəfə - Almaniya çempionatının ən aşağı divizionlarının birində futbolçu 46 matç cəza alıb.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.