|
|
|
|

İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhəri yaxınlığındakı vulkandan çıxan lava yaşayış məntəqələrinə çatıb.
525.az xəbər verir ki, Qrindavik qəsəbəsində baş verən zəlzələlər bölgədə iki çatın yaranmasına səbəb olub. Çatlardan sıçrayan 100 metr hündürlüyə çatan lava, Qrindavik şəhərini lavadan qorumaq üçün tikilmiş divarı keçib.
Yaşayış məntəqələrinə çatan lavanın səbəb olduğu yanğında ən azı 3 evi alov bürüyüb.
Qeyd edək ki, geofizik Maqnus Tumi Qudmundsson püskürmələrin əhəmiyyətli dərəcədə azaldığını, lakin onların nə vaxt bitəcəyini söyləməyin mümkün olmadığını bildirib.
Məhəmməd Tağıyev



