|
|
|
|

ABŞ-də gecə yarısı hava limanı yaxınlığında Sakit okeana düşən təyyarənin axtarışları davam edir.
525.az xəbər verir ki, təyyarə Kaliforniyanın San-Fransisko şəhərinin cənubunda yerləşən hava limanı yaxınlığında gecə yarısı Sakit okeana düşüb.
Polis rəsmisi açıqlamasında təyyarənin qəzaya uğramasından sonra əraziyə yanğınsöndürmə qrupları ilə yanaşı ABŞ Sahil Mühafizəsinin də gəldiyini bildirib.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin növü ilə bağlı məlumat paylaşmayan rəsmi, təyyarədə neçə nəfərin olduğu ilə bağlı heç bir açıqlama verməyib.
Məhəmməd Tağıyev



