|
|
|
|

Meksikanın mərkəzi Tlaxcala əyalətində anbarda saxlanılan 726 immiqrant əməliyyat nəticəsində insan alverçilərinin əlindən xilas edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, polis əyalətin San Antonio Cuaxomulco qəsəbəsindəki anbarda ağır şərtlər altında saxlanılan immiqrantları xilas etmək üçün insan alverçilərinə qarşı əməliyyat keçirib.
75-i uşaq olmaqla 726 immiqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Hadisə ilə bağlı 4 insan alveri ilə məşğul olan şəxs saxlanılıb.
Vətəndaş təhlükəsizliyi katibliyindən verilən açıqlamada immiqrantların Qvatemala, Honduras, Salvador və Nikaraqua vətəndaşları olduğu bildirilib.
Mühacirlərin həddindən artıq susuz və oksigensiz olduğu, bəzilərinin isə xəstəxanalarda müalicə olunduğu paylaşılıb.
Malik Atilay



