|
|
|
|

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan ballistik raketin ABŞ-nin "Gibraltar Eagle" konteyner gəmisini vurduğunu açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM "X" sosial media hesabına hücumla bağlı açıqlama verib.
Açıqlamada: "Səna vaxtı ilə təxminən saat 16:00-da İranın dəstəklədiyi Husi silahlıları Yəməndə nəzarət etdikləri bölgədən ballistik raket atıblar. Raket Marşal adaları bayraqlı "Gibraltar Eagle" konteyner gəmisinə dəyib. Qeyd edək ki, gəmi ABŞ-ə məxsusdur”, -ifadəsindən istifadə edilib.
Açıqlamaya görə, xəsarət alan olmayıb, gəmiyə ciddi ziyan dəyməyib və gəmi öz yoluna davam edib.
Malik Atilay



